Piper adlı körpənin videosu internetdə böyük marağa səbəb olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-da yaşayan Cessika Sinkleir qızının hələ də iməkləmədiyini hiss edincə bir problem olduğunu düşünərək həkimə müraciət edir. Həkim balacanın gözlərinin çox zəif olduğunu və eynək taxmasının vacibliyini məsləhət görür.
Buna görə Piper üçün eynək hazırlanır. Anasının çəkdiyi videoda ilk əvvəl gözlüyü taxmaq istəməyən körpə sonra ata və anasını ilk dəfə bu qədər aydın gördüyü üçün təəccüblə baxmağa başlayır.