Müğənnilər Castin Bİber və Selena Qomez yenidən görüşürlər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar bazar günü Beverli-Hillsdəki otellərin birində hovuz kənarında görüntüləniblər. Qısa müddət ərzində fotolar sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, karyeralarının ilk illərində sevgili olan cütlüyün barışması xəbəri keçən ilin sonlarından yayılıb. Selanın rəfiqəsi və həmkarı Teylor Svift isə hər zaman ona Castindən uzaq durmağı məsləhət görür.