Kənandan Sinemlə bağlı aylar sonra etiraf

Kənandan Sinemlə bağlı aylar sonra etiraf
7175 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Kənan İmirzalıoğlu ilə aktrisa sevgilisi Sinem Kobal Bodrum tətilindən qayıdıblar.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, cütlük İstanbulda aktyorun evinə girərkən paparassilərin hədəfində olub. Jurnalistləri görən Kənan dərhal Sinemə “Sən tez içəri keç” təlimatını verib. Daha sonra müxbirlərə yaxınlaşan İmirzalıoğlu Koballa bağlı etiraf edib.

O, münasibətlərini heç vaxt gizlətmədiklərini və uzun müddətdir sevgili olduqlarını deyib:

“Mən heç vaxt “Sevgili deyilik” sözünü işlətməmişəm. Münasibətdə olduğumuzu inkar etməmişəm. Beş aydır ki, birlikdəyik. Kimdənsə gizləyəcək heç nəyimiz yoxdur. Rahat dincəlmək üçün Londona getmişdik. Sizdən yeganə istəyim evimin qarşısında şəkil çəkməməyinizdir”.