“Elə bir şey edəcəm ki, 1 il yazacaqlar” – Mətanət

“Elə bir şey edəcəm ki, 1 il yazacaqlar” – Mətanət
9911 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Mətanət Əliverdiyeva tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az-ın məlumatına görə, aparıcının qolundakı döymə diqqət çəkib.

O, açıqlamasında bunun xına ilə çəkilən müvəqqəti rəsm olduğunu deyib:

“Döymə sevmirəm. Kim elətdirirsə, özü bilər, amma mənlik deyil. Xına ilə edilib. Çimdim, solub getdi”.

Bu yay dincəlməyəcəyini deyən M.Əliverdiyeva yeni planlarından xəbər verib:

“Mən dincəlmirəm. Radioda xəbərləri aparıram. “Qız atası” serialımız tətildədir. Yeni çəkilişlərimiz avqustdan başlayacaq. Payızda “Gündəlik” yenidən davam edəcək. Amma fərqli formatdadır. Çox maraqlı ideya düşünmüşük. Elə bir açılış edəcəm ki, 1 il saytlar ondan yazacaq. Sentyabrın 15-dən efirdəyik”.