Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub.
Axşam.az-ın məlumatına görə, ölkə başçısı İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısına mərkəzlə bağlı məlumat verilib.
5 saylı Bakı “ASAN xidmət” mərkəzi Bakı şəhərində qeydiyyatda olan sakinlərə xidmət göstərəcək.
İlham Əliyev mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.