Küçədə qalanların saçını təmənnasız kəsir, səbəb isə... – fotolar

Küçədə qalanların saçını təmənnasız kəsir, səbəb isə... – fotolar
4146 dəfə oxunub
  • A-
  • A
  • A+
26 yaşlı Nasir Sübhani adlı şəxs maraqlı aksiyaya başlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nasir həftənin bir gününü küçədə yaşayanların saçını kəsmək üçün ayırır. Bərbərin bu addımı atmasına səbəb isə bu yaxınlarda narkotikdən istifadəni tərgitməsidir.

Sübhani “Bu, mənim zərərli vərdişdən xilas olub, yenidən sağlam həyata qayıtmağıma görə Allaha şükür etmək üsulumdur. Gördüyüm yaxşılığı cəmiyyətə qaytarıram” deyib.

O, qarşılaşdığı insanlara zərərli vərdişlərdən xilas olmaq üçün məsləhətlər də verdiyini bildirib.