"Space" telekanalında yayımlanan “Əsl şou”nun adı dəyişdirilib.
Axşam.az-ın məlumatına görə, bu haqda proqramın aparıcısı Tahirə Məmmədqızı xəbər verib.
O, şounun bundan sonra “Görüş yeri” adı ilə yayımlanacağını bildirib:
“Proqramın dünənki buraxılışında maraqlı anlar yaşandı. Canlı yayımda dekorasiyanı dəyişdik. Eyni zamanda bizə zəng edən tamaşaçılar verilişin adının dəyişilməsini təklif edirdilər. Bir neçə izləyicimizin təklifini dəyərləndirmək qərarına gəldik. Telekanal və veriliş rəhbərliyi ilə danışdıq, razılıq aldıq. Bundan sonra “Əsl şou” olmayacaq. Tural Ozan və mən hər gün saat 11:00-da “Görüş yeri” adlı proqramla efirə çıxacağıq. Bu adda veriliş əvvəllər olub. Amma bizim layihənin formatı fərqlidir”.
Qeyd edək ki, "Əsl şou" verilişinin əvvəlki aparıcısı müğənni Səidə Sultan olmuşdu. İfaçının canlı yayımda işlətdiyi "Cıraram səni" kəlməsi böyük səs-küy yaratmış və o, aparıcılıqdan uzaqlaşdırılmışdı.