Anar Məmmədxanovun qızından milli geyimdə fotosessiya

Anar Məmmədxanovun qızından milli geyimdə  fotosessiya
7249 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir milli geyimlərə həsr edilmiş layihənin reallaşdırılmasına başlayıblar.

Axşam.az-ın məlumatına görə, layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək.

Mərkəzin təsisçisi və direktoru G.Xəlilova bildirib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğatıdır:

“Biz qədim geyim ənənələrimizin bütün füsunkarlığını müasir stilizasiya ilə göstərmək istəyirik. Layihədə tanınmış ictimai xadimlər, mədəniyyət, incəsənət və elm nümayəndələri və həttta məşhur şəxslərin övladları iştirak edəcəklər”.

Bu dəfə layihədə “Bakılı oğlanlar” şən və hazırcavablar komandasının kapitanı, mərhum Anar Məmmədxanovun qızı Məryəm iştirak edib. O, füsunkar milli geyimlərdə qarşıya çıxıb. Obrazlar üzərində stilist-vizajist Səbinə İmanova işləyib.

Layihənin çəkilişləri dünyanın ən iri xalça fabriklərindən biri olan “Azərilmə”nin ərazisində aparılıb.