Bəstəkar-şair Tural Bayraməliyev xanımı ilə birlikdə Qocalar evinin 200-dən çox sakini üçün iftar süfrəsi təşkil edib.
Axşam.az-ın məlumatına görə, bəstəkarın bu təşəbbüsünü ANS-də yayımlanan “A-dan Z-yə” verilişi lentə alıb.
Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda keçirilən xeyriyyə tədbiri Ramazan bayramına həsr olunub. İftar süfrəsinin təamlarından dadan pansionatın sakinləri eyni zamanda bayram əhval-ruhiyyəli konsert proqramı izləyiblər. Müğənnilər Mətanət Əsədova, Təranə Qumral, Musa Musayev, Tacir Şahmaroğlu, Yusif Mustafayev, Manaf Ağayev onlara canlı ifalar təqdim ediblər.
Tədbirdə çıxış edən T.Bayraməliyev bunları deyib:
“Yaşlı nəslin nümayəndələrinə hər zaman diqqət göstərməliyik. Bu gün ağbirçək və ağsaqqallarımızın üzündə bir az da olsa təbəssüm yarada bildik. Allah heç bir evi böyüksüz etməsin”.