Kanadalı reper Dreyk yeni klipini təqdim edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Energy" adlanan mahnının videosunda ifaçı müxtəlif məşhurların obrazına girib.
O, jurnalist Oprah Uinfri, ABŞ prezidenti Barak Obama, müğənnilər Mayli Sayrus, Castin Biber və başqalarını canlandırıb.
Qeyd edək ki, Dreykin son albomu ona "Qremmi" və 6 "Bet Awards" mükafatlarını qazandırıb.