ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının növbəti buraxılışı da maraqlı anlarla yadda qalıb.
Axşam.az-ın məlumatına görə, bu həftədən etibarən münsiflər tərəfindən seçilmiş iştirakçılar canlı yayımda mahnılar səsləndirməyə başlayıblar.
Verilişdə ilk olaraq səhnəyə ötən il “Azərbaycanın səsi”ndə qalib olan və ölkəmizi “Türkvision”da təmsil edən Elvin Ordubadlı çıxaraq, mahnı səsləndirib.
Yarışmanın münsif kürsüsündə xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənni Nadir Qafarzadə və Elton Hüseynəliyev əyləşib.
Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi "Azərbaycanın səsi” yarışmasını ilk tərk edən iştirakçıların adları bəlli olub. Belə ki, N.Qasımovanın komandasından “Nur” qrupu, N.Qafarzadənin tələbələrindən Günel Məmmədova, E.Seyidcahanın qrupundan Səyyarə, E.Hüseynəliyevin iştirakçılarından Əli Kərimov yarışmanı tərk edib.
Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.
Verilişə hər həftənin çərşənbə axşamı "Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.