Mehriban Əliyeva və qızları sərgidə - fotolar

Mehriban Əliyeva və qızları sərgidə -  fotolar
2018 dəfə oxunub
  • A-
  • A
  • A+

Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub.

Axşam.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Uğurla davam edən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının simvolları olan Nar və Ceyran heykəlləri bu dəfə Kannda sərgilənib. Şəhərin turistlərlə zəngin Kruazett bulvarında sərgilənən 8 heykəl Azərbaycan və digər ölkələrin rəssamları tərəfindən müxtəlif ornamentlərlə rənglənmiş əsərlərdir. Bu əsərlər Kann şəhər sakinləri və bura gələn qonaqlarda çox böyük maraq doğurub.

"Azərbaycan xalçaları incəsənətdə" sərgisindəki əsərlər ilk dəfə nümayiş olunması ilə seçilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verib. Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunub.

Sərgidə xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri nümayiş olunur. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilib.
 
“Azərbaycan xalçaları incəsənətdə” sərgisi iyulun 16-dan ictimaiyyət üçün açıq olacaq və iyulun 31-dək davam edəcək. (AzərTac)