Mətanət İsgəndərli üçün şad gün - fotolar

Mətanət İsgəndərli üçün şad gün -  fotolar
8301 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün əməkdar artist Mətanət İsgəndərlinin ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənni 1963-cü ildə anadan olub. Orta məktəbi bitirdkdən sonra Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" xorunda oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının tərkibində Türkiyədə qastrol səfərində olub.

1994-cü ildə "Sən ol mənim həmdəmim" adlı ilk albomu işıq üzü görüb.

Bu günə qədər 11 kompakt diski buraxılıb. Xarici ölkələrdə solo-konsertlərlə çıxış edib. 1998-ci ildə Heydər Əliyev Sarayında ikigünlük konsert verib. Bir çox dövlət tədbirlərində çıxış edib.

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi çalışır.

16 sentyabr 2006-cı ildə əməkdar artist adına layiq görülüb. Bir qızı və oğlu var.