Müğənni Sezen Aksu müğənnilik fəaliyyətinin 40 illik yubileyini qeyd edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Sezenli illər” adlı konsert verən sənətçi səhnəyə fərqli libaslarda çıxıb. Gecənin diqqətçəkən məqamı isə Sezenin dünya (LGBT hərəkatı) və Türkiyə tarixində baş vermiş mühüm hadisələrin fonunda mahnılarını səsləndirməsi olub.
Aksunun geyimlərindən biri də LGBT hərəkətanın (Lezbiyanlar, Geylər, Biseksuallar, Transseksuallar) simvolik rənglərindən ibarət hazırlanmış parçadan olub. Bununla da o, seksual azlıqlara dəstək olduğunu nümayiş etdirib.