Müğənni Sevda Yahyayeva solo konsertinin vaxtını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, ifaçı avqustun 9-da "Yaşıl Teatr"da çıxış edəcək. Saat 21:00-da başlayacaq konsertə biletlərin qiyməti 10-80 manat arasıdır.
Tədbirin təşkilatçısı prodüser Kənam Bayramov və stilist Elnur Həsənovun rəhbərlik etdiyi "KEvents group"dur. Konsertin musiqi rəhbərləri isə İsmayıl Əsədov və Samir Sultanovdur.
S.Yahyayeva konsertdə 20-dən çox yeni və sevilən mahnısını ifa edəcəyini bildirib. O, səhnəni peşəkar rəqqaslarla bölüşəcəyini vurğulayıb.