29 yaşlı fotoqraf Mixayela Norok dünyanın 60-dan çox ölkəsində olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, olduğu hər bir ölkədə gördüyü gözəlliyi fotoaparatının yaddaşına köçürən gənc fotoqraf “The Atlas of Beauty” (“Gözəllik atlası”) yaradıb. Norok bu atlası yaratmaq üçün Avropadan tutmuş Afrikaya, Latın Amerikası və Uzaq Şərqədək bir çox ölkəyə səyahət edib.
O, gözəlliyin yalnız dəb və incə bədənlə əlaqəli olmadığını sübut etmək üçün bu layihəni hazırladığını bildirib. Mixayela “Gözəllik müxtəliflik deməkdir” şüarı ilə