ABŞ prezidenti Barak Obama yay aylarında istirahət etmək üçün bu evə gəlir.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, prezident ailəsinin evinin 22 milyon yarım dollar qiyməti var.
Böyük villa prezident üçün 2013-cü ildən tutulub. 900 kvadrat metrlik sahədə, dəniz səviyyəsindən 36 metr hündürlükdə olan evin xüsusi plyajı, 6 yataq otağı, 6 vanna otağı, böyük mətbəxi var.
Atlantik okeanının sahilində yerləşən çimərlikdən əlavə yaxta üçün pirs, idman zalı, tennis kortu, basketbol meydançası da var.