Türkiyəli məşhurlar Burak Özçivit, Murad Boz və Aslı Ənvərin baş rolunu paylaşdığı "Kardeşim benim" filminin çəkiliş meydançasında bayram sevinci yaşanıb.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Özçivit və Murad bayramın ilk günü çəkiliş yerinə iki qab paxlava gətirib.
Tanınmışlar 50 insanın yer aldığı yaradıcı heyəti təbrik edib, onlara şirniyyatlar paylayıb.