Dünyaca məşhur model Naomi Kempbell hər il olduğu kimi yenə də Bodruma istirahətə gedib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, model Kuum otelin çimərliyində dincələrkən fotokameralara tuş gəlib. Sudan çıxdıqdan sonra dəsmalı başına bürüyən Kempbell tanınmamağa çalışıb.
Naominin 45 yaşı olmasına baxmayaraq hələ də ideal bədən quruluşuna sahib olması diqqət çəkib.