Bodrum tətili davam edən türkiyəli müğənni Sərdar Ortaç və həyat yoldaşı Xloe Luqnan "X Beach"də görüntülənib.
Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, suya girən ifaçının sahilə çıxarkən yeriməkdə çətinlik çəkməsi diqqətdən qaçmayıb. Səhhətində problem olan və müalicə alan Ortaça istirahət mərkəzinin cangüdənləri kömək edib.