ABŞ-ın keçmiş prezidenti Bill Klinton 10 aylıq nəvəsi Şarlotta ilə uşaq konsertinə gedib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təhlükəsizliyi təmin etmək üçün Klinton cangüdənlərlə birgə olub.
Qeyd edək ki, Bill və Hilari Klintonun qızı Çelsi keçən ilin sentyabrında ana olub. Ailə doğum evinə gedəndə hazırkı prezident Barak Obama Nyu-Yorkda onlar üçün prezident korteji təşkil etmişdi.