Müğənni Elnarə Xəlilovanın təşkilatçılığı ilə Ramazan bayramı münasibətiylə xeyriyyə konserti keçirilib.
Axşam.az-ın məlumatına görə, Xıradalanda təşkil edilən konsert proqramının məqsədi böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək olub.
Konsertin aparıcısı Vüsalə Kərimova olub. Mərasimdə N.Paşayevin anası Xanım Paşayeva da iştirak edib. O, konsertin təşkilatçılarına xeyirxah əməllərinə görə təşəkkür edib.