Həkim 4 yaşlı xərçəng qıza sürpriz etdi - video+fotolar

Həkim 4 yaşlı xərçəng qıza sürpriz etdi - video+fotolar
4763 dəfə oxunub
  • A-
  • A
  • A+

Nyu-Yorkda yaşayan 4 yaşlı Ebbi qan xərçəngindən əziyyət çəkir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, xəstəliyi sürətli şəkildə irəliləsə də, qızcığaz gücünü və pozitivliyini itirmir. Ebbi xəstəxanada ona xidmət edən və yaxşı davranan həkimlə isə yaxın dost olub. Bir neçə gün sonra balaca qız qərara gəlib ki, ona "ərə getsin".

Qızın anası Mett Hiklinq adlı həmin tibb işçisinə zəng vuraraq qızının arzusunu bildirib. Mett isə təklifi bəyənərək "toy"a hazırlaşıb.

Növbəti gün isə Hiklinq kolleqalarının köməyi ilə Ebbi üçün "toy mərasimi" hazırlayıb. Qızının məsum arzusunu yerinə yetirdiyi üçün ailə həkimə təşəkkür edib.