“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışını davam etdirən komandanın düşərgəsinə baş çəkib.
Axşam.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sədr hazırlıq prosesi və məşqlərin gedişatı ilə yaxından tanış olub.
Bir neçə gün Afyonda qalmaq niyyətində olan Çingiz Abdullayev bu müddət ərzində “Neftçi”nin yoxlama oyunlarını da izləyəcək.