Müğənni İnci “Daş ürək” adlı mahnısına klip çəkdirib.
Axşam.az-ın məlumatına görə, sözləri Arzu Hidayətqızı, musiqisi Nailə Mirməmmədliyə aid olan bəstənin ekran həlli rejissor Nail Naiboğluna həvalə olunub.
Rejissor çəkiliş prosesinin 18 saat davam etdiyini qeyd edib:
“İnci ekran işində 4 müxtəlif obrazdadır. Onun stili üzərində Anar Məmmədov çalışıb. Tərəf müqabili model İsmayıl Kərimovdur. İncinin gözəl aktrisalıq bacarığı var. Çəkiliş zamanı bunu kəşf etdim. Heç bir çətinlik yaşamadıq. Çox gözəl ekran işi alınıb. İnanırıq ki, izləyicilər də bizdən razı qalacaq”.