Şoumen Cimmi Kimmelin proqramına qatılan aktrisa Şarliz Teron maraqlı etiraf edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 39 yaşlı ulduz ABŞ prezidenti Barak Obama ilə son görüşü haqqında danışıb:
"Onunla söhbətim zamanı çox gərgin idim, nitqimi idarə edə bilmirdim. Prezident demoqrafik vəziyyət haqda danışırdı. Mənsə ona cavab verməli idim. Özümü o qədər itirmişdim ki, ağlıma ilk gələn cümləni dedim, onu striptiz kluba dəvət etdim. Cümləni bitirdikdən sonra o qədər pərt olmuşdum ki...".
Qeyd edək ki, onun bu təklifini 53 yaşlı Obama nəzakətli şəkildə rədd edib.