Berenlə Kənan yenidən ortaq layihədə - fotolar

Berenlə Kənan yenidən ortaq layihədə - fotolar
4198 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Beren Saatla müğənni həyat yoldaşı Kənan Doğulu yenidən ortaq layihədə bir araya gəliblər.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, tanınmış cütlük dublyaj studiyasında “Minyonlar” filminin əsas obrazlarını səsləndirib. Beren ekran işində səsiylə Skarlet Overkili, Kənan isə onun həyat yoldaşı Herb Overkili canlandırıb. Cütlük sentyabrda nümayiş olunacaq filmin dublyajı zamanı çox əyləndiklərini söyləyib.

B.Saat “Skarlet şər qüvvələrə xidmət edən Minyonların hamisidir. Minyonlar şər qüvvələrə xidmət etsələr də, saf qəlbə malik olduqlarından hamı kimi bizi də əyləndirir. Səsləndirərkən böyük həzz aldım”, - deyə açıqlama verib.

Xatırladaq ki, Berenlə Kənan bir qədər əvvəl ilk dəfə birlikdə “Arçelik”in reklamında çəkilmişdilər.