Toya hazırlaşan cütlük istirahətdə - fotolar

Toya hazırlaşan cütlük istirahətdə - fotolar
4677 dəfə oxunub
  • A-
  • A
  • A+
Avqustun 24-də toya hazırlaşan müğənni Murad Dalkılıçla aktrisa sevgilisi Mərvə Boluğur Bodrumda tətil edir.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, cütlük dənizdə kano sürərkən obyektivlərə tuş gəlib.

Paparassiləri görən Murad “Bu qədər də olmaz. Bura necə gəldiniz? Halal olsun. Çəkə bilməzsiniz deyə düşünmüşdük, tapdınız bizi. Təbriklər” deyib.

Daha sonra yaxtalarına gələn ifaçı jurnalistlərlə selfi də çəkdirib.