Aparıcılar mükafatlarını aldılar - fotolar

Aparıcılar mükafatlarını aldılar -  fotolar
4772 dəfə oxunub
  • A-
  • A
  • A+

Gülüstan sarayında Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə həsr olunan təntənəli mərasim keçirilib.

Axşam.az-ın məlumatına görə, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış media təmsilçilərinin iştirak etdikləri mərasim dövlət himninin səslənməsi ilə başlayıb.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə dövlət mükafatları təqdim olunub.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.

Diplom alanlar arasında aparıcılar Samirə Mustafayeva, Lalə Azərtaş, Ceyhun Səfərov və Tahirə Məmmədqızı da yer alıb.

Aparıcıların mərasimdən fotolarını təqdim edirik.