Bekhemlərin qızının əkizi üzə çıxdı – fotolar

Bekhemlərin qızının əkizi üzə çıxdı – fotolar
5432 dəfə oxunub
  • A-
  • A
  • A+
Devid-Viktoriya Bekhem cütlüyünün 4 yaşlı qızı Harperin əkizi meydana çıxıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Harperin bənzəri Mançesterdə yaşayan 3 yaşlı Sienna Monselldir. Qızcığazın valideynləri Cennifer və Maykl övladlarının dəbli görünməsi üçün heç də tanınmış cütlükdən az çalışmırlar. Cennifer müsahibəsində Siennanın Harperə oxşadığını ona rəfiqələrinin söylədiyini bildirib:

“Dostlarım deməyincə, buna fikir vermirdim. İnternetdə Harperin şəkillərinə baxdım və gözlərimə inanmadım”.

Bundan sonra məşhur agentliklərə müraciət edən Cennifer artıq qızının model kimi karyerasını qurmağa başlayıb.