Flora Kərimova 74 yaşında - "Ən böyük hədiyyəm..."

Flora Kərimova 74 yaşında -  "Ən böyük hədiyyəm..."
3024 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xalq artisti Flora Kərimovanın ad günüdür.

74 yaşı tamam olan sənətkar təəssüratlarını Axşam.az-la bölüşüb:

“Üç-dörd gün əvvəldən təbriklər alıram. Heç ilk təbriki kim edib, yadımda qalmayıb. Heç kimdən özəl hədiyyə gözləmirəm. Ən böyük hədiyyəm mənim varlığım, övladlarımın can sağlığı və insanların mənə qarşı olan hörmətidir".
 
F.Kərimova ad gününü qeyd etməməyinin səbəbini də açıqlayıb:

“Bu gün Ağdamın işğal günü olduğu üçün keçirməyəcəm.  Amma dostlarım çox təkid edirlər. Ola bilsin sabah və ya başqa gün onlarla yığışıb, nəsə edək. Hələ ki qəti fikrə gəlməmişəm”.

Xalq artisti özünə olan arzusunu dilə gətirib:

“Özüm-özümə Qarabağı, bütövlüyümü arzu edərdim. Azərbaycanın hər zaman çiçəklənməsini, gənclərə isə can sağlığı diləyirəm. Allah gənclərimizə qıymasın, müharibə olmasın. Heç kimdən heç nə gözləmirəm. İnsanlara özümi süni sırımaq, məcbur hörmət qazanmaq fikrində də deyiləm. "Güclə məni qəbul edin" fikrindən uzağam”.