Məşhur futbolçu ilə fanatı arasında qalmaqal - video
Klip
15:24 / 23.07.15
1622dəfə oxunub
A-
A
A+
Argentina millisinin və "Napoli"nin futbolçusu Qonzalo İquain qalmaqal yaradıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, gecə klubundan çıxan zaman fanatı ilə gərgin anlar yaşayıb. Fanatlardan biri İquainlə şəkil çəkdirmək istəyib. Argentinalı hücumçu bu istəyi rədd etdiyi üçün fanatın dostları İquain penaltini düzgün yerinə yetirə bilməməkdə günahlandırıb.
Bundan sonra İquain həmin şəxslərin üzərinə hücum çəkib. Hadisə yerindəki digər şəxlərin müdaxiləsindən sonra davanın qarşısını alınıb.
Qeyd edək ki, Q.İquain Amerika kubokunda Çili ilə final oyununda penaltidən fərqlənə bilməmişdi.