Dünya şöhrətli model Sindi Krouford ailəsi ilə birlikdə tətil edir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model istirahət zamanı çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb. Sindinin övladları Kaya və Presli pozları ilə istifadəçilər tərəfindən modellərə bənzədilib.
Qeyd edək ki, S.Kroufordun həyat yoldaşı Rendi Qerber də vaxtilə model kimi fəaliyyət göstərib.