Xalq artisti Nisə Qasımovanın ötən həftə qara parikdə efirə çıxması və plastik əməliyyat etdirməsi xəbəri böyük səs-küyə səbəb olmuşdu.
Axşam.az-ın məlumatına görə, daha sonra heç bir əməliyyat keçirmədiyini açıqlayan müğənni yenidən əvvəlki görünüşünə qayıdıb. N.Qasımova yanlış başa düşülməyinin səbəbini işıq effektində görüb:
“Belə planlaşdırmışdıq ki, mənim adım elan edilmədən efirə çıxıb oxuyacağam. Görəsən, tamaşaçı məni tanıyacaq, ya yox? Əslində problem işıqlandırmada idi. Foto çəkilişləri zamanı işığı üzümə düzgün rakursdan salmamışdılar. Ümumiyyətlə, televiziyalarımızda işıqlandırma problemi həmişə olub”.