Dağıstanda "Fuad və Samirənin ailəsi" adlı saqqız istehsal olunmağa başlayıb.
Axşam.az-ın Rusiya KİV-inə istinadən mlumatına görə, bu saqqız məşhur "Love is..." brendini xatırlatsa da, əsas diqqəti müsəlman dəyərlərinə yönəldib.
Orijinal saqqızdan fərqli olaraq bunun kağızlarında sevgi sözləri deyil, ailə xoşbəxtliyi haqdadır. Rusiyanın müxtəlif regionlarında satılan bu məhsul xüsusilə, müsəlmanları nəzərdə tutaraq, onların adət-ənənəsinə uyğunlaşdırılıb. Belə ki, obrazların geyimlərində də bunu görmək mümkündür.