Bu gün ATV-nin aparıcısı Ramin İbrahimovun toyudur.
Axşam.az-ın məlumatına görə, aparıcı Nəzrin adlı xanımla ailə qurur. Cütlüyün nikah mərasimi bir neçə gün əvvəl baş tutub.
Təəssüratlarını bölüşən R.İbrahimov bunları bildirib:
“Allahın icazəsi ilə böyük gün yetişdi. 24 iyul tarixi mənim həyatımda hər zaman xüsusi yer tutacaq. Bu gün sevdiyim xanımla ailə həyatına addım atacağam. Toya dəvət etdiyim hər kəsə də xoş dəqiqələr arzulayıram”.
Qeyd edək ki, Ramin və Nəzrin cütlüyü ötən ilin oktyabrında nişanlanıb.
R.İbrahimov aparıcı Turan İbrahimovun qardaşıdır.