"Çəkilişlərdən imtina edirəm, müalicə alacam"

"Çəkilişlərdən imtina edirəm, müalicə alacam"
8362 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Pərvin Abıyeva fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən aktrisa yay istirahətindən danışıb:

“Hələ ki, istirahətə getməmişəm. Avqustun 1-dən dincəlməyə başlayacam. Əvvəlcə ailəmlə birlikdə Kiprə gedəcəm. Orada 10 gün qaldıqdan sonra Antalyaya və Maldivə getməyi düşünürəm”.

Pərvin gələn iş təkliflərindən imtina etməsinin səbəbini açıqlayıb:

“İstədiyim qonorarı vermirlər. Bəzi rejissorlar razılaşır, bəzisi isə yox. Bu yaxınlarda gələn 3 iş təklifindən imtina etmişəm. Çünki çəkilişləri istirahət vaxtıma düşürdü. Həm də avqustda müalicə alacam. Sentyabrdan iş haqqında düşünəcəm".

Foto: Ramin ASLANOV