ATV-nin aparıcısı Ramin İbrahimovun toyu olub.
Axşam.az-ın məlumatına görə, aparıcı Nəzrin adlı xanımla ailə qurub. Cütlüyün nikah mərasimi isə bir neçə gün əvvəl baş tutub. Bir-birində maraqlı anların yaşandığı məclisdə bəylə-gəlin mahnı da səsləndirib.
Qeyd edək ki, Ramin və Nəzrin cütlüyü ötən ilin oktyabrında nişanlanıb.
R.İbrahimov aparıcı Turan İbrahimovun qardaşıdır.
Foto: Ramin ASLANOV