Əməkdar artist Ağacəbrayıl Abbasəliyev nəvəsi ilə kamera qarşısına keçib.
Axşam.az-ın "ATV Maqazin" verilişinə açıqlama verən kaman ustadı xoşbəxtliyini belə dilə gətirib:
"Ayxan ilk nəvəmdir. Ona balam deyirəm. Mənə çox əzizdir. Allah hamıya nəvə qismət etsin. Onda görəcəklər necə şirindir. Bütün yorğunluğumu onunla olanda atıram. Ayxanla oyunlar oynayırıq, söhbət edirik".