Qohumları xalq artistinin qızıllarını bölüşdürə bilmir - fotolar

Qohumları xalq artistinin qızıllarını bölüşdürə bilmir - fotolar
5382 dəfə oxunub
  • A-
  • A
  • A+

SSRİ Xalq artisti Lyudmila Zıkinanın ölümündən 6 il keçsə də, qohumları onun mirasını bölüşdürə bilmirlər.

Axşam.az-ın Rusiya mediasına istnadən məlumatına görə, onun bahalı daş-qaş kolleksiyası ölümündən sonra köməkçilərində imiş. Həmin qadınlar Lyudmilanın özünün kolleksiyanı onlara verdiyi desələr də, cəvahirat onlardan alınaraq Zıkinanın yaxın qohumu Sergeyə verilib.

Bir neçə milyonluq bahalı zinət əşyaları alan S.Zıkina onları digər qohumlarla bölüşməyərək satmaq qərarına gəlib. Daha sonra o, aldığı pulların oğurlandığını elan edib.

Zıkina ailəsinin digər üzvləri bunu bəyənməyərək Sergeyi məhkəməyə veriblər. Məhkəmədə məbləğin milyon yarım dollar olduğu məlum olub.

Bir neçə gün əvvəl isə Moskva məhkəməsi Sergeydən 89 milyon rublun (təxminən 1 miyon dollar) onun bacısı Yeketerinaya verilməsi barədə qərar qəbul edib..