Nilson 1965-ci ildə “LİFE” jurnalında insan embrionun fotolarını dərc etdirməklə dünya şöhrəti qazanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 16 səhifə həcmində nəşr edilən şəkillər daha sonra nüfuzlu jurnallarda yer alıb. Uşaqlıqdan mikroskop və fotoaparatlara böyük maraq göstərən Nilson insanın yaranışının gözəlliyini bütün dünyaya göstərmək istədiyini deyib.
O, ana bətnində embrionun yaranma və inkişafı mərhələlərini tibb dünyasına tanış olan sistoskopun köməyi ilə lentə almağı bacarıb.
Nilson körpənin bətndaxili inkişafının minlərlə şəklini çəkib. Məhz onun sayəsində embriondan doğuşadək insan həyatını müşahidə etmək mümkün olub.