Əmrahın ailəsinə bıçaqlı hücum zamanı çəkilmiş fotolar

Əmrahın ailəsinə bıçaqlı hücum zamanı çəkilmiş fotolar
3486 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, müğənni Əmrahın ailəsi Bodrumda qonşularının bıçaqlı hücumuna məruz qalmışdı.

Axşam.az-ın “Hürriyət”ə istinadən xəbər verir ki, hücum zamanı çəkilmiş fotolar üzə çıxıb. Şəkillərdə qadının əlində bıçaqla, kişinin isə dəyənəklə Əmrahın ailə üzvlərinə hücum çəkdiyi görülür. Bəzi işləri səbəbindən Bordumda olmayan Əmrahın evində həmin vaxt həyat yoldaşı Sibel Kirer, baldızı Səma Kirer, qayınanası Sərpil Topçu və qohumlarından biri var imiş. Adıçəkilənlər müxtəlif xəsarətlər alıblar.

Onlar xəstəxanaya aparıldıqdan sonra şikayət ərizəsi ilə polisə müraciət ediblər. Hadisəyə isə Əmrahın anasının yaşayış kompleksinin həyətində icazəsiz gül əkməsi səbəb olub. Qonşular bundan əsəbləşərək ifaçının ailəsinə hücum ediblər.

Baş verənlərlə bağlı Əmrah “Xanımıma və ailəmə qarşı bu çirkin hərəkəti qınayıram. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Türkiyə hüquqi dövlətdir. Bu hücumu təşkil edənlərin məhkəmə qarşısında layiqli cəza alacaqlarına inanıram”, - deyə açıqlama verib.