"Bozbash pictures" Antalyada - fotolar

"Bozbash pictures" Antalyada -  fotolar
3370 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bozbash pictures”in aktyorları İlkin Həsəni, Elşən Orucov və Azər Baxşəliyev yay istirahətinə yollanıb.

Axşam.az-ın məlumatına görə, Antalyada dincələn tanınmışlar fotolarını sosial şəbəkədə paylaşıb.

İ.Həsəni şəklə "İl boyu itirdiyimiz enerjini burada toplayırıq" sözlərini yazıb.

Qeyd edək ki, “Bozbash pictures” mövsüm finalına çıxıb. İ.Həsəni payızda teletamaşanın fərqli formatda təqdim edəcəklərini bildirib. O, eyni zamanda yaxın günlərdə “Bozbash pictures”in aktyorlarının rol alacağı yeni film çəkilişinə başlayacaqlarını bildirib.