ATV-nin aparıcısı qızına ad günü keçirib - fotolar

ATV-nin aparıcısı qızına ad günü keçirib -  fotolar
16265 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Zümrüd Bədəlovanın qızı Ləmanın 8 yaşı tamam olub.

Axşam.az-ın məlumatına görə, aparıcı xoş gününü yaxınları və dostları ilə birlikdə keçirib.

Təəssüratlarını bölüşən Z.Bədəlova şad günündə onu tək qoymayanlara təşəkkür edib:

"Qızımın xoş günündə yaxınlarım məni tək qoymadı. Eyni zamanda ATV-nin keçmiş aparıcıları Xədicə Sənanqızı, Kəmalə Mahmudova, Nigar Həsənova da məclisə qatıldı. Hər kəsə təşəkkür edirəm. Övladlarımız əyləndi. Qızım heyfslənir ki, niyə belə tez bitdi? Bu günümü övladıma həsr etmişdim".

Qeyd edək ki, Z.Bədəlova illər əvvəl ATV-də "Bizim səhər", "ATV Maqazin" kimi verilişlərin aparıcısı olub. Ailə qurduqdan sonra xaricə köçən aparıcı yenidən televiziyaya qayıdıb. O, hazırda sözügedən telekanalda rejissor vəzifəsində çalışır.

Foto: Ramin ASLANOV