Ancelina ilə Bredin birgə çəkildikləri filmdən yeni fotolar

Ancelina ilə Bredin birgə çəkildikləri filmdən yeni fotolar
2489 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun məşhur cütlüyü Bred Pittlə Ancelina Coli “Mister and missis Smit”dən sonra “Mavi sahil” filmində yenidən bir araya gəliblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur cütlüyün 10 illik fasilədən sonra yer aldığı birgə ekran işindən yeni kadrlar yayılıb.

Qeyd edək ki, filmdə 1970-ci illərdə Fransada baş vermiş hadisələrdən bəhs edilir. Ancelina və Bred ekran işində ər-arvad rolunu canlandırırlar. Filmin rejissoru Ancelina Colinin özüdür.

Sssenariyə əsasən, şəxsi həyatında problemlər yaşayan ailə münasibətlərini düzəltmək üçün Maltaya səyahətə yollanır.