"Özümü nağıllar aləmində hiss edirəm" - fotolar

"Özümü nağıllar aləmində hiss edirəm" -  fotolar
4321 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mətanət İsgəndərlidən yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, müğənni iki mahnısına klip çəkdirir. Onlardan biri “Dalğalar” adlı türk mahnısıdır. Xəzərin sahilində lentə alınacaq ekran işinin rejissoru Ceyhun Kərimov olacaq.

Digər klip isə sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Niyaməddin Musayevə məxsus olan “Nəğmələr dünyası”dır.

Yeni işlərindən söz açan M.İsgəndərli ikinci klipini təbiət qoynunda çəkdirəcəyini bildirib:

“Əzəldən təbiət aşiqiyəm. Bu mahnının məhz təbiətin qoynunda ekranlaşdırlması ideyası ürəyimcə oldu. Özümü sanki nağıllar aləmində kimi hiss edirəm”.