Gülnarə Xəlilovanın geyimləri "Şamanların adası"nda - fotolar

Gülnarə Xəlilovanın geyimləri "Şamanların adası"nda -  fotolar
1633 dəfə oxunub
  • A-
  • A
  • A+

VI Beynəlxalq “Etno Poliumu. Birlik” etnik geyim festivalının bağlanış mərasimində modelyer Gülnarə Xəlilovanın kolleksiyasından olan Azərbaycanın milli geyimlərinin nümayişi baş tutub. 

Axşam.az-ın məlumatına görə, G.Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, mərasim Rusiyanın İrkutsk vilayətinin Olxon adasında baş tutub. Olxon bütün şamanların müqəddəs yeri və sığınacağıdır, buna görə də bu sirli və müəmmalı yeri “Şamanların adası” adlandırırlar.

Qeyd edək ki, G. Xəlilovanın kolleksiyası festivalın açılışında da təqdim edilmişdi. Həmçinin, ölkəmizi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevil Sadıxova təmsil edirdi. Festivalın keçirildiyi müddətdə açıq və bağlı məkanlarda tədbirlər təşkil edilib: konfrans, seçmə turları, yaradıcılıq laboratoriyaları, sərgilər, finalçıların ən yaxşı geyim kolleksiyasının qala-nümayişi, müsabiqələr.