Çinin Bozhou şəhərindəki gimnastika düşərgəsində çəkilmiş fotolar dünya mediasının diqqətini çəkib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusən oğlan uşaqları düşərgəyə qatılmaq üçün diqqətlə seçilir. Belə ki, burada onları çətin və mürəkkəb məşqlər gözləyir.
Ailələrin özləri övladlarının bu məktəbə yazılmasında maraqlıdırlar. Ona görə ki, beynəlxalq miqyasda tanınan idmançı olmaq üçün belə yay məktəbləri başlanğıc hesab edilir.