Aktrisanın boşandığı əri uşaqları əlindən aldı - fotolar

Aktrisanın boşandığı əri uşaqları əlindən aldı - fotolar
4270 dəfə oxunub
  • A-
  • A
  • A+
“Həyat ağacı” (Life tree”) serialında Sam obrazı ilə tanınan aktrisa Kelli Razerford boşandığı həyat yoldaşı Deniel Qirşlə olan uşaqlarının vəkalət məhkəməsini uduzub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı aktrisa 6 yaşlı qızı Helena ilə 8 yaşı oğlu Hermesi Monakoya – atalarının yanına göndərməli olub. Uşaqları ilə sonuncu dəfə görüşən Kelli onlarla restoranda nahar edib. Övladlarının yanında özünü şən göstərməyə çalışan Kelli göz yaşlarını saxlaya bilməyib.

Almanəsilli zəngin iş adamı olan Denielin ABŞ-a yola düşmək üçün viza problemi həll olunmadığından K.Razerford uşaqlarından ayrılmalı olub. O, qızı ilə oğlunu keçmiş ərinin viza problemi həll edilənədək görə bilməyəcək.

Qeyd edək ki, ailəyə yaxın mənbədən verilən məlumata görə, Deniel özü qəsdən sənədlərinin düzəlməsini gecikdirir.