Las-Veqasda Madam Tüsso muzeyində seksual reper Niki Minajın mum heykəli qoyulduqdan sonra muzey ciddi problemlərlə üzləşib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçının qalmaqallı “Anakonda” klipindəki obrazına ucaldılmış heykəl ziyarətçi axınına məruz qalıb.
Məsələ burasındadır ki, ziyarətçilər Nikinin obrazından seks-obyekt kimi istifadə edərək müxtəlif şəkillər çəkdirirlər.
Bu isə Madam Tüssonun rəhbərliyini narahat etdiyindən heykələ mühafizəçi qoymaq qərarına gəlinib. Sosial şəbəkə istifadəçilərinin haqlı iradından sonra belə bir tədbir görülüb.
Belə ki, izləyicilərdən biri rəhbərliyə “Nikinin niyə məhz o pozasını heykəl kimi qoymusunuz” sualını ünvanlayıb. Muzey işçiləri isə üzr istəyərk lazımi tədbirlərin görüldüyünü deyib.